14 may 2014 23:44
Qarabağ və İnterin legionerləri Səudiyyə Ərəbistanına qarşı oyuna səfərbər edildilər
Gürcüstan yığmasının baş məşqçisi Temuri Ketsbaya komandasının Səudiyyə Ərəbistanı millisinə qarşı keçirəcəyi yoldaşlıq oyununa heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, heyətə 23 futbolçu cəlb edilib və onların arasında Azərbaycan klublarının oyunçuları da var.
Bu futbolçular Laşa Salukvadze, Baçana Sxadadze (hər ikisi: “İnter”), həmçinin, Nikoloz Gelaşvilidir (“Qarabağ”).
Gürcüstan - Səudiyyə Ərəbistanı oyunu may ayının 29-da İspaniyada keçiriləcək.
(Milli federasiya saytı)
