14 may 2014 11:40

UEFA AÇ-2020-nin səsvermə prosedurasını təsdiqlədi. Bakıya 19 iddiaçıdan seçiləcək 13-lüyə düşmək lazımdır

UEFA-nın İcraiyyə Komitəsi Turindəki iclasında AÇ-2020-nin final mərhələsinin ev sahibləri olacaq şəhərlərin müəyyən edilməsi üçün səsvermə prosedurasını təsdiqləyib.
Azerisport.az xəbər verir ki, AÇ-2020-nin oyunlarını keçirmək üçün ümumilikdə 19 şəhər iddiasını irəli sürüb və bu şəhərlərin arasında ölkəmizin paytaxtı Bakı da var. Avqusta assosiasiyaları tenderdə iştirak etməyən İcraiyyə komitəsinin üzvləri bütün ərizələri hər birində ən azı iki şəhər olmaqla, altı və ya səkkiz regional zonaya böləcəklər.
“Regional zonalar üzrə müəyyənləşdirmə AÇ-ni qəbul edəcək şəhərləri təyin edərkən, bizə bütün Avropanı əhatə etmək imkanı verəcək. Səsvermə prosedurasına gəlincə, əvvəlcə, finalın və yarımfinalların təşkilatçıları seçiləcək. Sonra 1/4 finalın dörd və qrupdakı üç görüşün sahibləri müəyyənləşəcək. Daha sonra 1/8 final və qrup mərhələsinin üç oyunu əvvəlki iki mərhələdə seçilməmiş coğrafi ərazilərin təmsilçilərinə veriləcək. Yekunda isə 1/8 final və qrup mərhələsinin yerdə qalan oyunları müəyyənləşəcək”, UEFA-nın rəsmi saytında deyilir.
UEFA-nın İcraiyyə komitəsi yekun qərarını sentyabrın 19-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək xüsusi mərasimində elan edəcək.
Xatırladaq ki, UEFA-nın İcraiyyə Komitəsi UEFA prezidenti Mişel Platininin sədrliyi ilə 2012-ci ilin dekabrında Lozannadakı görüşdə AÇ-ni bir və ya iki ölkədə keçirməkdənsə, 2020-ci ildə “Avropa üç Avro” keçirməyi qərara almışdı. 2013-cü ilin yanvarında isə UEFA-nın İcraiyyə Komitəsi final mərhələsinin Avropanın 13 şəhərində keçiriləcəyini təsdiqləmişdi.
 (R-Sport)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.