14 may 2014 11:33
Maribor Qarabağa rəqib ola bilər
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxış etmək şansı qazanan daha bir komandanın adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, bu, Sloveniyanın ən güclüsü adını qazanan "Maribor"du.
Eyniadlı şəhərin təmsilçisi Azərbaycan çempionu "Qarabağ" kimi ÇL-in ikinci təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər səbətində yer alacaq. Bu üzdən Sloveniya çempionunun sözügedən mərhələdə "Qarabağ"a rəqib olması mümkün deyil. Amma hər iki komanda üçüncü təsnifat mərhələsinə vəsiqə qazana bilsə, o zaman komandamızın "Maribor"la qarşılaşması mümkündü.
