14 may 2014 11:12
Xəzər Lənkəranın sabiq oyunçusu DÇ-yə gedir
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Rendall Brenes bu yay Braziliyada keçiriləcək dünya çempionatında iştirak edə bilər. Azerisport.az xəbər verir ki, onun adı Kosta-Rika yığmasının geniş heyətində yer alıb.
Baş məşqçi mundiala aparacağı heyəti yaxın günlərdə tam qətiləşdirəcək. Mümkündü ki, Brenes yekun heyətdə də yer alsın.
Qeyd edək ki, Brenes "Xəzər Lənkəran"da 2012-ci ildə çıxış edib. O, bu komandada 11 oyuna 3 qol vurmuşdu. Cənub klubundan ayrılandan sonra isə Rendall yerli "Kartaxines"ə keçmişdi.
