14 may 2014 11:01
Bu gün Bakıda UEFA-nın mini-turniri başlayır
Bu gün Bakıda 18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə UEFA-nın inkişaf mini-turniri start götürəcək. Azerisport.az xəbər verir ki, turnirin ilk oyunu saat 14:00-da, Bayıl stadionunda Azərbaycan və İsrail yığma komandaları arasında keçiriləcək.
Qarşılaşma İdman Azərbaycan kanalında canlı yayımlanacaq.
