14 may 2014 19:22
Türkiyədə millimizin sabiq müdafiəçisinin xidmətlərindən imtina etdilər
Türkiyənin “Elazığspor” klubu mövsümün sonunda bir sıra oyunçuları ilə vidalaşacaq. Azerisport.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu futbolçuların arasında millimizin sabiq müdafiəçisi Əli Gökdəmirin də adı hallanır.
Ötən tur I Diviziona yuvarlanmış “Elazığspor”un əsas heyətini Gökdəmirlə yanaşı, beş futbolçunun da tərk edəcəyi gözlənilir.
Xatırladaq ki, Gökdəmir kluba bu qış fasiləsində gəlsə də, bir neçə oyundan sonra zədələnərək hələ də bərpa olmayıb.
