14 may 2014 18:48
Asif Məmmədov: İnterlə Avropa Liqasının qrup mərhələsində oynamaq istəyirəm
“İnter”in yarımmüdafiəçisi Asif Məmmədov azerisport.az saytına müsahibəsində komandasının TPL-in 35-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdiyi oyundan (0:0) və sona iki tur qalmış gümüş medalları təmin etməsindən danışıb:
- 35-ci turda heç-heçəyə rəğmən, “İnter” TPL-in “gümüşü”nü götürə bildi...
- Bəli. Biz bu oyunda bir götürərək, istəyimizə çatdıq. Bu, gümüş medallar üçün tamamilə yetərli oldu. Amma deyim ki, oyun kifayət qədər ağır keçdi. Rəqib yaxşı mübarizə aparırdı və qapısını toxunulmaz saxlaya bildi.

- Buna baxmayaraq, mövsümə bərbad start “bankirlərə” çempionatın medallarını qazanmağa işarə belə, vurmurdu.
- Biz yalnız ilk yeddi turu pis keçirdik. Bundan sonra özümüzə gəlməyə başladıq. Ancaq mən həmişə demişəm ki, “İnter” çempionluğa oynayır. Biz ən azından Avropa Liqasına düşəcəyimizə inanırdıq. Məşqçi deyirdi ki, ruhdan düşmək lazım deyil, xüsusən də, hər rəqiblə bizi dörd oyun gözləyirdi.

- İrəlidə hələ AZAL-a qarşı bir oyun var. Nəzərə alsaq ki, “İnter” artıq məqsədinə çatıb, bu oyuna nə qədər ciddi yanaşacaq?
- Əminəm ki, azarkeşlər stadiona gələcəklər. Onlara görə isə mütləq can qoymaq lazımdır. Ola bilsin ki, məşqçi daha az oynayanlara və ya gənclərə şans verəcək. O cümlədən, mənə. Əgər mən meydana çıxsam, mütləq bacardıqca daha yaxşı oynamağa cəhd edəcəyəm. Nəinki mən, həmçinin, digər oyunçular.

- Mövsümün ilk yarısında siz start heyətində meydana tez-tez çıxırdınız. Ancaq sonra zədələndiniz və sıraya qayıtdıqdan sonra sizi oyunlarda ikinci hissənin ortalarında görmək olar. Yəqin ki, bundan elə də razı deyilsiniz?
- Bəli, bu il start heyətinə tez-tez düşmürdüm. Bu, məni əlbəttə, narahat edir. Bu mənada ki, hər bir futbolçu oynamaq istəyir. Ancaq məşqçi belə etməyi lazım bilir. Xüsusən, mən meydandan kənarda olanda, komandamız qələbələr silsiləsinə başladı və bundan sonra çətin ki, hər hansı digər məşqçi nəticə verən heyəti dəyişərdi.

- Komandanızı dəyişmək variantını nəzərdən keçirmirsiniz ki? Başqa klublardan təklifləriniz varmı?
- Təkliflər var. Ancaq mənim “İnter”lə müqaviləm var. Çox güman ki, burada qalacağam. Getməyi hələlik planlaşdırmıram. Həmçinin, komandaya Avropa Liqasında kömək etmək istəyirəm. Bu dəfə çıxışımızı ilk mərhələdə bitirmək istəmirəm. Qrup mərhələsinə düşmək istəyirik.

- Mövsüm bitəndən sonra Azərbaycan yığması planetin qərb yarımkürəsinə yollanacaq və orada ABŞ yığması ilə yoldaşlıq oyunu keçirəcək. Yenə komandaya çağırılmadığınızdan kədərlənirsiniz?
- Ötən il mən mütəmadi oynayırdım. Ancaq onda da çağırmadılar. Ancaq bu dəfə mən elə də kədərlənmirəm. Axı başa düşürəm ki, bu il mən az oynamışam. Oyunun özünə gəlincə, güman ki, çətin olacaq. Ümid edirəm ki, onlar yaxşı nəticə ilə qayıdacaqlar. ABŞ yaxşı komandadır. DÇ-nin iştirakçısıdır. Ancaq mən hər halda, müsbət nəticəyə ümid edirəm və futbolçularımıza uğurlar arzulayıram.