14 may 2014 17:00
Dövlət əhəmiyyətli tədbirə görə bir oyun bir gün tez keçiriləcək
Futbol üzrə Azərbaycan I Divizionunda 30-cu turun “Mil-Muğan” - “Qaradağ Lökbatan” oyunu bir gün tez keçiriləcək. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına İmişli şəhər stadionunda 18 may 2014-cü il tarixdə dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə əlaqədar olaraq “Mil-Muğan” - “Qaradağ Lökbatan” oyunu 17 may 2014-cü il tarixdə keçiriləcək.
(PFL)
