14 may 2014 16:00
İsrail yığmamıza qalib gəldi
18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə Bakıda təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində bu gün ilk oyun keçirilib. Azerisport.az xəbər verir ki, Bayıl stadionunda Azərbaycan və İsrail komandaları qarşılaşıb.
Oyun 1:0 hesabı ilə israilli futbolçuların xeyrinə başa çatıb.
Turnirin növbəti oyunu sabah saat 14:00-da, Bayıl stadionunda İsrail və Rusiya komandaları arasında keçiriləcək.
