14 may 2014 15:33
Spartakın prezidenti: Araz bəlkə də heç bir Rusiya klubunun malik olmadığı şərtlər təklif etdi
“Spartak” futzal klubunun prezidenti İqor Snejnitski braziliyalı oyunçu Auqustonun “Araz”a keçidini xatırlayıb. Azerisport.az xəbər verir ki, Snejnitski bunları söyləyib:
“Bizim bütün braziliyalılarımız yaxşı səviyyədə idi. Ancaq 10 oyunda 9 qol vurmuş Auqusto ilə vidalaşmalı olduq: Azərbaycanın “Araz” klubu ona bəlkə də heç bir Rusiya klubunun malik olmadığı şərtlər təklif etdi”.
(SE)
