14 may 2014 14:44

Aleksandr Şoliç: Heç kim AZAL-ın qapıçısının qazonda nə üçün uzandığını anlamadı

“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç azerisport.az saytına müsahibəsində TPL-in 35-ci turu çərçivəsində komandasının AZAL-a qarşı keçirdiyi oyunda (1:0) vurduğu qol və əməkhaqqıların gecikməsi nəticəsində komandada yaranmış vəziyyətdən danışıb:
- Sizin AZAL-a vurduğunuz qol mətbuatda hər şeydən çox müzakirə edilir. Siz rəqibin qapıçısı Ruslan Məcidovun dirəyin yaxınlığında zədəli halda uzandığını həqiqətən də görmədiniz?
- Heç kim AZAL-ın qapıçısının qazonda uzandığını görmədi. Mən topu qəbul etdim və qapıya zərbə vurdum. Heç kim onun meydanda nə üçün uzandığını heç anlamadı. Heç kim oyunu saxlamağa cəhd belə, etmədi.

- Bəs zərbə ərəfəsində görsəydiniz?
- Əgər mən dayandırmasaydım, onda bunu hakim edərdi. Hər şey elə sürətlə baş verdi ki, heç kim heç nə anlamadı. O, nə üçün yıxıldı? Top mənə çatdı, mən topu tezcə rahladım və qapıya vurdum. Qolu ləğv etmək və “Bakı” qol vurduqdan sonra şikayət etmək, düşünürəm ki, mənasızdır.
 
- Bu qələbədən sonra komandadakı ab-hava yaxşılaşdı?
- Bizdə hər şey qaydasındadır.
 
- Deyirlər ki, oyunçular əməkhaqqılarını almırlar. Belə vəziyyətlərdə futbolçular ən azından, adətən məşq etmək istəmirlər.
- Bütün bunlar cəfəngiyatdır. Beş ildir ki, mən bu komandadayam. Klub prezidenti Hafiz Məmmədova dərindən hörmət edirəm. O, mənim üçün çox şey edib. Klubda bir-iki aylıq gecikməyə görə incisəydim, necə insan olardım? Məmmədov komandaya lazım olduğundan çox şey edib. O, heç vaxt borclu qalmayıb.
 
- Axı heç də hamı “Bakı”da beş il oynamır...
- İndiki halda, mən öz yerimə danışıram. Elə ümumilikdə də, komandada hamı ona etibar edir. Mən əminəm ki, yaxın vaxtlarda borclar ödəniləcək.
 
- Belə bir məlumat yayılıb ki, yerli oyunçular xariciləri TPL-in 34-cü turu çərçivəsində Qəbələdə keçirmiş oyuna yollanmaqdan daşındırmaq üçün dilə tutublar. Bu, həqiqətdir?
- Mən belə bir şey eşitməmişəm. Belə bir hal olsaydı, mən bilərdim. “Bakı” futbolçuları qarşısınd öhdəlikləri həmişə yerinə yetirən bir klubdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.