14 may 2014 13:44
Azərbaycan və Norveç yığmalarının oyun vaxtı məlum oldu
Azərbaycan və Norveçin gənclərdən ibarət yığmaları arasında AÇ-2015-in 8-ci təsnifat qrupu çərçivəsində baş tutacaq oyununun keçirilmə vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, iyunun 1-i “Bakcell Arena”da baş tutacaq oyun yerli vaxtla 20:00-da başlayacaq.
Qeyd edək ki, doğma meydanda Azərbaycana 1:3 hesablı məğlubiyyət rəğmən, Norveç millisi 6 xalla üçüncü pillədə, millimiz isə 4 xalla sonuncu - beşinci pillədə qərarlaşıb.
