13 may 2014 12:22
AFFA tərəfindən B kateqoriyalı məşqçi kursu keçiriləcək
2014-cü il iyulun 7-dən 11-dək, 21-dən 25-dək və avqust ayının 18-dən 22-dək Bakı şəhərində AFFA tərəfindən UEFA-nın "B" kateqoriyalı məşqçi kursu keçiriləcək. Azerisport.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. Sağlamlıq haqqında arayış;
4. 2 ədəd şəkil (3x4);
5. "C" Lisenziya və diplomun surəti;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. Sağlamlıq haqqında arayış;
4. 2 ədəd şəkil (3x4);
5. "C" Lisenziya və diplomun surəti;
Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: [email protected]
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: [email protected]
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar. Sənədlər iyun ayının 13-dək qəbul olunur.
Sənədləri qaydasında olan hər bir namizəd məşqçi kursunun başlanmasına bir neçə gün qalmış AFFA-ya dəvət olunacaq və təlimatçılar tərəfindən görüş keçiriləcək. Namizədlərə kursda iştirak edib-etməyəcəyi barədə məlumat veriləcək.
(AFFA)
