13 may 2014 12:05
Vəli Qasımov Qurban Qurbanovun fikirlərini oxumağı bacardı
Futbolumuz veteranı Vəli Qasımov TPL-in 35-ci turu çərçivəsində keçirilmiş beş oyundan üçünün nəticəsini düzgün təxmin edib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis “Neftçi” - “Rəvan” (2:1), “Sumqayıt” - “Qarabağ” (1:0) oyunlarında qalib tərəfi, həmçinin “Simurq” - “Xəzər Lənkəran” oyununda (2:2) heç-heçəni düzgün təxmin edərək, ehtimallarını doğruldub.
Maraqlıdır ki, Vəli Qasımov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun fikrilərini düzgün təhlil edərək, məşqçinin gənc futbolçulara etibar edəcəyini qabaqcadan demişdi.
