13 may 2014 11:11

Elnur Allahverdiyev: Əgər Qəbələ Premyer Liqada üçüncü olmasa, Kubokun finalında Neftçiyə qalib gələcək

“Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində TPL-in 35-ci turu çərçivəsində komandasının “İnter”ə qarşı keçirdiyi oyundan (0:0) və Berti Foqtsun onu milliyə çağırmamaq qərarından danışıb:
- Oyun haqda nə deyə bilərsiniz?
- Gümüş və bürünc medallar uğrunda mübarizə nöqteyi-nəzərindən vacib oyun idi. Çətin oyun idi. Axı “İnter”lə görüşürdük. Qalib gəlməyi çox istəyirdik. Buna rəğmən, belə istidə arzuedilən oyun alınmadı. Hava şəraiti tamamilə açılışmağa imkan vermədi. Çox pərişanıq.
- Nəticədə son tur ərəfəsində çempionatın bürünc medallarını əldən verə bilərsiniz...
- Oyundan sonra bildim ki, “Neftçi” son dəqiqələrdə qol vurub. Ancaq üçüncü pilləyə qayıtmaq ümidimizi itirmirik. Əgər öz meydanımızda “Sumqayıt”ı məğlub etsək, bakılıların büdrəyəcəyi təqdirdə üçüncü ola bilərik.
Demək olar ki, mövzumun tapşırığı nə azından yerinə yetirilib.
- Düzünə qalsa, mükafat yerlərindən birini tutmağı çox istərdim. Avropa Liqasına dördüncü olaraq getmək bir ayrı, çempionatın mükafatçısı kimi yollanmaq isə tam başqa bir şeydir. Buna rəğmən biz klubun tarixində ən yaxşı nəticəyə rtıq nail olmuşuq.
Qarşıda “Qəbələ”ni ölkə Kuboku uğrunda oyun gözləyir.
- Əgər üçüncü olmasaq, onda, Kubokun finalında “Neftçi”ni məğlub edəcəyik.
- Xəbərdarlıq aldığınız birinci hissədəki anı necə şərh edərsiniz?
- Əgər mənə qarşı qayda pozulmayıbsa, bu halda, hakimə heç bir sözüm yoxdur. Fariz Yusifova narazılıq edərkən, ola bilsin ki, həddən artıq emosional olmuşam. Yusifov mənə sarı vərəqə göstərməməli idi. Əksinə, hər iki tərəfi sakitləşdirmək lazım idi. O, təcrübəli hakimdir. Ancaq o məqamda gənc hakim kimi qərar verdi.
- Millinin ABŞ toplanışına çağırılmamağınız haqda nə deyə bilərsiniz?
- Alman mütəxəssisin məni çağırmayacağını bilirdim. Mahir Şükürov Lənkəranda orta barmağın göstərəndən sonra, Foqts tərəfindən ona sanksiyalar tətbiq edildi. Mən hətta hesab edirəm ki, məşqçi mənə münasibətdə düzgün hərəkət edib. Milli komandanın oyunçusu mənim etdiyim kimi, hərəkət etməməli idi.
- Bilinin baş məşqçisinin sizin xidmətlərinizdən tamamilə imtina edə biləcəyindən qorxmursunuz?
- Mən inanıram ki, növbəti təsnifat mərhələsində Azərbaycan yığmasına kömək edəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.