13 may 2014 17:33
Tahir Gözəl Con van Loenlə görüşüb
Məlum olduğu kimi, AFFA tərəfindən “Qarabağ” FK aşağı yaş qruplarına Con van Loen texniki koordinator təyin olunub. Azerisport.az xəbər verir ki, bir ay bundan öncə, klub başqanı Tahir Gözəlin iştirak etdiyi valideynlərin də qatıldığı tədbir keçirilmiş və hollandiyalı mütəxəssis ictimaiyyətə təqdim olunmuşdu.
Həmin gün başqan Tahir Gözəllə ayrılıqda görüş çərçivəsində Loen öz ideyaları və proqramı haqqında danışmış və ümumi perspektivlər müzakirələr olunmuşdu. Bu gün Tahir bəylə Van Loenin təkrar görüşü baş tutub. Hollandiyalı mütəxəssis bir ay ərzində gördüyü işlər, müşahidələri və ümumi durum haqqında başqanımıza məruzə etmişdir. Hollandiya millisinin sabiq hücumçusunun verdiyi raportu incələyən başqanla söhbət iki saat davam edib.
Loenin görüləcək işlər, lazımı dəyişikliklər, mövcud durum və problemlərlə bağlı danışıb aşağı yaş qruplarının inkişaf konsepsiyası ilə fikir mübadiləsi aparmışdır. Loeni dinləyən başqan hər bir məsələni ayrılıqda tədqiq etmiş Loenlə bu tipli görüşlərin mütəmadi olaraq keçiriləcəyini və aşağı yaş qruplarının iş sisteminin təkmilləşməsi üçün mümkün lazımi çalışmaların həyata keçiriləcəyini bildirmişdir.
(Klub saytı)
