13 may 2014 17:28

Nazim Süleymanov: Bilirdim ki, Neftçi çempion olmayacaq

Veteran futbolçu, "Neftçi"nin sabiq baş məşqçisi Nazim Süleymanov azerisport.az saytına müsahibəsində çempionatın yekunları, "Qarabağ"ın qələbəsi, Reynaldonun bombardirliyi barədə danışıb:

- İlk olaraq, "Qarabağ"ın çempionluğu barədə danışmaq istərdik. Əksəriyyət komandanın uğurunu qanunauyğunluq hesab edir...
- "Qarabağ" mövsümün əvvəlindən sabit oyun sərgiləyir. Futbolçular bütün vacib görüşlərdə maksimum güc sərf edib və qələbə qazanıb. Etiraf edək ki, rəqibləri “Qarabağ”la bacarmayıb. Onların çempionluğu ədalətin qələbəsidir. Bu komanda çempionluğa layiq oyun sərgiləyib. Məhz buna görə heç kim üçün sürpriz olmadı. 

- “İnter”in ikinci pillədə qərarlaşacağını gözləyirdinizmi?
- Mövsümün əvvəlində desəydilər ki, “İnter” gümüş medal qazanacaq, heç kim inanmazdı. Axı, “bankirlər” çempionata pis başladı. Ardıcıl 6 tur məğlub oldular. İndi komandanın uğurlu çıxış etməsində baş məşqçi Kaxaber Sxadadzenin və rəhbərliyin rolu var. Gürcü məşqçi işlər pis gedəndə istefa versə də, rəhbərlik onu qəbul etmədi. Onlar ona inandılar və Sxadadze təcrübəsini nümayiş etdirdi. Burada “İnter” rəhbərliyinin düzgün qərar qəbul etməsi, məşqçini sona qədər dəstəkləməsi unudulmamalıdır.

- “Neftçi”nin avrokuboklara düşəcəyi gözlənilirdi. Amma "Qəbələ" yaxşı mənada sürpriz etdi...
- Yuroy Syomin heyəti yaxşı formalaşdırdı və komanda sözünü dedi. “Qəbələ” üçün avrokuboklarda çətin olacaq. Hər halda, komanda debüt edəcək. Bununla belə, Syominin düzgün transfer siyasəti komandanı uğura daşıya bilər. Bu komandanın yeni mövsümdə də çempionatda favoritlərdən biri olacağını demək olar.

- Siz “Neftçi”dən ayrılanda komandanın çempion olmayacağını demişdiniz. Dedikləriniz oldu...
- Keçmiş haqda danışmaq istəmirəm. Bəli, mən demişdim ki, bu heyətlə çempionluğa oynamaq olmaz. Hakimin qərarını, həkimin rəyini zaman müəyyənləşdirir. Vaxt hər şeyi yerinə qoyur. Ona görə zamanın haqlı olduğumu təsdiqlədiyini deməliyəm. Avrokuboklarda bütün komandalarımza uğur diləyirəm. 

- Sizcə, “Qarabağ” üçün Çempionlar Liqasında qrupa düşmək real görünür?
- Futbolda hər şey mümkündür. “Qarabağ” zəif komanda deyil. Sadəcə, müəyyən xətləri möhkəmləndirmək lazımdır. ÇL-in qrup mərhələsinə düşmək çətindir, amma mümkündür. “Qarabağ”a inam daha böyükdür. Məşqçilər korpusu düzgün hazırlıq planı seçəndən sonra yaxşı olacaq. Komanda daha da güclənəcək və uğur qazanacaq. 

- Yeri gəlmişkən, Reynaldonun Azərbaycan millisində oynamasına necə münasibət bəsləyirsiniz?
- Bu suala cavabı Berti Foqts verməlidir. Yığmada kimin necə oynaya biləcəyini o müəyyənləşdirir. Amma Reynaldo özü yığmada oynamaq istəyir. Üstəlik, “Qarabağ”ın aparıcı futbolçusudur. Reynaldo intizamlı legionerdir. Biz əvvəllər də legioner futbolçular milliləşdirmişik. Əgər özü də istəyirsə, onu yoxlamaq olar. Mənim fikrimcə, onu milliyə dəvət etmək lazımdır. O, yığmanı bir qədər gücləndirəcək. Hücumda təcrübəsindən yararlana bilər. Meydanı yaxşı görür və əksər hallarda sona qədər mübarizə aparır. 

- “Bakı” və “Xəzər Lənkəran”ın avrokuboklardan kənarda qalmasını fiasko adlandırmaq olar?
- Bu nəticəsizliyi necə adlandırmaq mümkün olduğunu siz jurnalistlər bilərsiniz. Amma “Xəzər Lənkəran”dan 10 illik yubileyinə uğur gözləyirdik, lakin əksi oldu. Mustafa Dənizlinin təcrübəsindən istifadə edərək, cənubluları sevindirəcəyini düşünürdük. “Bakı” infrastruktura görə ən yaxşılardandır. Nəticə baxımından, komandanın oyunu alınmadı. Legionerlər ümidləri doğrultmadı. Komandanın problemi barədə məşqçilər daha düzgün cavab verər. “Xəzər Lənkəran” və “Bakı”nın avrokuboklara çıxmamasına izah tapılmalıdır. Deməlidirlər ki, komanda niyə zəif oynadı. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.