13 may 2014 15:44
İngiltərənin Aston Villa klubunu Azərbaycan şirkəti ala bilər
Bir sıra şirkətlər İngiltərənin “Aston Villa” klubunu almaqda maraqlı olduqlarını bildiriblər. Azerisport.az Britaniya KİV-nə istinadən xəbər verir ki, bu şirkətlərin arasında adı açıqlanmayan Azərbaycan şirkəti də var.
Xatırladaq ki, Birmingem klubu yaxınlarda satışa çıxarılıb.
