13 may 2014 15:28
Milinko Pantiç 2017-ci ilə qədər Bakıda qalacaq
"Bakı" klubu baş məşqçi Milinko Pantiçlə olan müqaviləni artıracaq. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı baş məşqçi Milinko Pantiç verib:
"Klubun prezidenti Hafiz Məmmədovla yeni müqavilə haqda danışmışıq. Artıq bütün detallar razılaşdırılıb. Sadəcə, yeni müqaviləyə imza atmaq qalıb. Yeni razılaşma 3 il müddətinə nəzərdə tutulub".
Qeyd edək ki, yeni razılaşmaya əsasən Milinko Pantiç 2017-ci ilin yayına qədər Bakı klubunda çalışacaq.
Qeyd edək ki, yeni razılaşmaya əsasən Milinko Pantiç 2017-ci ilin yayına qədər Bakı klubunda çalışacaq.
