13 may 2014 14:14
Azərbaycan klubu Ərəb dünyasının yığması ilə qarşılaşacaq
Donetskdə “Şaxtyor” FK jurnalının mükafatı uğrunda sayca beşinci beynəlxalq Birlik Kuboku turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan klubu “Birlik” də iştirak edəcək.
Püşkə əsasən “Birlik” “D” qrupunda mübarizə aparacaq. Komandamızın rəqibləri Ukraynanın “Staromlinovka” və “Dassler” klubları, həmçinin, Ərəb dünyası yığması “Al Raid” olacaq.
Turnirin finalı iyun ayının 1-nə nəzərdə tutulub.
(SE Ukrayna)
