13 may 2014 13:00
Namiq Yusifov: Qarabağ oyunu qəsdən təslim etməyə qadir deyil
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov azerisport.az saytına müsahibəsində TPL-in 35-ci turu çərçivəsində komandasının “Sumqayıt”a qarşı keçirdiyi oyunda məğlubiyyətindən (0:1) danışıb:
- Premyer Liqanın birinci komandası sonuncuya məğlub oldu. Bu haqda nə deyə bilərsiniz?
- Oyun özünəməxsus şəkildə çətin keçdi. Süni örtük və isti bizə təsirini göstərdi. Çox yorulduq. Mövsümün sonudur və çempionluğu da özümüzə artıq təmin etmişik. Rəqib isə əksinə, hələ də mübarizə apararaq, Premyer Liqada yerini qorumağa çalışır. Heyətdə ehtiyatdan çox oyunçumuz vardı. Deməzdim ki, hamının oyunu alındı.

- Oyun ərəfəsində çoxları “Qarabağ”ın bu oyunda məğlub olacağını ehtimal edirdi. Bu oyundan sonra çoxlu tənqidçiləriniz ortaya çıxıb...
- Heç kim qəsdən uduzmayıb. “Qarabağ” heç kimə oyun verməz. Bizdə belə bir hal hələ olmayıb və gələcəkdə də olmayacağını düşünürəm. “Sumqayıt” isə tapdaq komanda deyil.

- Rəqibin kimliyindən asılı olmayaraq, köklənməyə heç bir əsası olmayan ölkə çempionu yarışın autsayderinə məğlub olursa, bu, oyunun düzgünlüyünə şübhə etməyə rəvac verir. Axı bu mövsümdə siz onları üç dəfə məğlub etmişiniz: 5:1, 3:0, 30. Siz bununla razısınız?
- Bəs siz “Sumqayıt”a qarşı bu oyuna qədər keçirdiyimiz son oyunu xatırlayırsınız? Biz öz meydanımızda 70-ci dəqiqəyə qədər onlara qol vura bilmirdik. Bu oyuna gəlincə, hər iki komanda xüsusi vəziyyətlər yaratmadı. Sadəcə, rəqib oyuna daha çox köklənmişdi. Biz onların qapısı ağzında ümumiyyətlə, heç nə yarada bilmədik.

- Əgər futbolçular meydanda qaçmaq istəyində deyillərsə, bu halda, yəqin ki, son iki oyuna çıxmaq, “Qarabağ”a ümumiyyətlə, lazım deyildi.
- Axı çempionatı sona qədər oynamaq lazımdır. Mənim haqqımda danışsaq, mən oynamaq istəyir və çalışırdım. Ola bilər ki, heç nəyi həll etməyən oyuna kimsə pis köklənmişdi. Kimin üçünsə çempionat artıq bitib. Ancaq qəsdən oyunu təslim etmək... “Qarabağ” buna qadir deyil. Digər tərəfdən, nə çün “Sumqayıt”ın qələbəsinə kölgə salaq? Tamamilə döyüşkən komandadır. Onlar “Neftçi”ni də məğlub etmişdilər.

- Çətin ki, sizin sözlərinizdən sonra “atçılar”ın ünvanına tənqidlər azalsın...
- Onlar futboldan uzaq adamlardır. Yerli futbolu yaxşı bilən adam başa düşər ki, hətta “Sumqayıt” “Qarabağ”ı məğlub edə bilər. Dünən “Rəvan” “Neftçi”ni az qala məğlub etmişdi. Bu halda, “Neftçi” qəsdən uduzurdu?

- Gəlin, bu mövsümdə “Neftçi”ni “Qarabağ”la müqayisə etməyək. Bakılılar bu mövsümdə kimə gəldi, məğlub ola bilərlər...
- Bizim heyətimizdə hücumda Reynaldo, Çumbinyo, Leroy Corc və Riçard Almeyda yox idi. Biz onlarla çempion olmuşuq. “Sumqayıt” bir real vəziyyətdən istifadə etdi və qələbə qazandı.

- Son oyunda “Xəzər Lənkəran”a qarşı necə oynayacaqsınız? Axı bu oyundan sonra siz ölkə Kubokunu alacaqsınız...
- Yaxşı ki, bu oyun Bakıda keçiriləcək. Mövsümün son oyununda qələbə qazanmaq və azarkeşlərimizi sevindirməyə çalışacağıq.