13 may 2014 00:25

Çempion statusu ilə ilk məğlubiyyət və gümüş İnter

Topaz Premyer Liqasının 35-ci turu da geridə qaldı. Azerisport.az xəbər verir ki, çempionatın sonuna bir tur qalmış maraqlı hesablar qeydə alındı.

"Simurq" doğma azarkeşlər önündə "Xəzər Lənkəran"ı qəbul etdi. İddiasızların görüşündə qalib müəyyənləşmədi. Qonaqlar iki erkən qolla hesabda öndə olsalar da, meydan sahibləri oyunun son dəqiqələrində vurduğu penalti zərbəsi ilə 1 xal əldə edib. Bununla "ağ-yaşıllar" Mustafa Dənizlisiz ardıcıl 3-cü oyununda da məğlub olmadılar. Nəticədə, "Xəzər Lənkəran" 6-cı pillədəki mövqeyini qorudu. "Simurq" isə bu rəqibini qabaqlamaq şansını əldən verdi. Cənub klubu son turda sadəcə, indiki mövqeyini qorumağa çalışacaqsa, Zaqatala təmsilçisi "ağ-yaşıllar"ın büdrəməsinə ümid bəsləməklə yanaşı, qələbə qazanıb, bir pillə irəliləyə bilər.

"Xəzər Lənkəran" və "Simurq" kimi cari mövsümdə heç bir iddiası qalmayan digər komandaların dueli Bakıda baş tutdu. Paytaxt derbisində "Bakı" doğma meydanda AZAL-la münasibətlərinə aydınlıq gətirdi. Komandalar bu oyuna sadəcə, xal ehtiyatını artırmaq üçün meydana çıxmışdı. Yeni mövsümün planlarını quran Tərlan Əhmədovun yetirmələri bu görüşdə Milinko Pantiçin komandasından zəif oldu. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşdı. Bu mövsüm heç bir hədəfi olmayan paytaxtın eyniadlı klubu da yeni planlarını reallaşdırmaq üçün gələn mövsümü gözləyəcək.

Digər paytaxt derbisində "Neftçi" "Rəvan"la üz-üzə gəldi. Bu görüş hər iki tərəf üçün əhəmiyyət kəsb edirdi. "Rəvan"ın məqsədi yalnız sonuncu pillədən xilas olmaqdısa, "Neftçi" bürünc medal uğrunda vuruşur. "Ağ-qaralar" 3 xal sayəsində yenidən mükafatçılar sırasına qayıtdı və 3-cü pilləni ələ keçirdi. Bayıl təmsilçisi isə səfər görüşündən xalsız dönərək turnir cədvəlinin sonuncu pilləsinə enmiş oldu. Halbuki, oyunda hesabı məhz "aslanlar" açmışdı. Amma Güvənc Kurtarın yetirmələri bu üstünlüyü sonadək saxlaya bilmədilər. İndi "Rəvan" son turda "Sumqayıt"ın xalsız qalmasını arzulamaqla yanaşı, "Bakı"ya qalib gəlməlidi.

Sumqayıtda keçirilən qarşılaşmada isə şəhərin eyni adlı komandası çempion "Qarabağ"ı qəbul etdi. Məlum məsələdi ki, bu görüş Ağdam klubu üçün heç bir əhəmiyyət daşımırdı. Ötən turda çempionluğunu təmin etmiş "köhlən atlar" səfər oyununa yalnız formal olaraq çıxmışdı. Lakin "Sumqayıt" üçün bu oyunun vacibliyi daha çox idi. Çünki "Gənclik şəhəri" təmsilçisi qələbə sayəsində sonuncu pillədən xilas olacaqdı. 90 dəqiqənin tamamında qələbəyə sevinən tərəf məhz bunu daha çox istəyən "Sumqayıt"a qismət oldu. Baxmayaraq ki, Ağdam klubunun bu məğlubiyyəti bir sıra söz-söhbətə səbəb oldu. Beləliklə mövsümün sonuna bir tur qalmış "Sumqayıt" ən yaxın qonşusu "Rəvan"ı 3 xal qabaqlamış oldu. Aqil Məmmədovun komandasına son turda hətta 1 xal da bəs edəcək ki, elitadakı yerini qorusun. Amma məğlub olacaqları halda "Rəvan"ın onları qabaqlaması mümkündü.

"Şəfa" stadionunda isə "İnter" "Qəbələ"ni qəbul etdi. Paytaxtda baş tutan bu qarşılaşma hər iki tərəf üçün əhəmiyyət kəsb edirdi. "Bankirlər" qələbə xal qazanacağı təqdirdə mövsümün 2-cisi adını təmin edəcəkdisə, əyalət klubu 3 xal sayəsində mükafatçılar sırasındakı yerini qorumuş olacaqdı. Lakin qarşılaşma qolsuz heç-heçə ilə başa çatdı. Artıq paytaxt təmsilçisi bu 1 xalla gümüş medalını təmiş etmiş oldu. Kaxaber Sxadadzenin yetirmələri son turun nəticəsindən asılı olmayaraq, avrokubok hazırlığına başlaya bilər. "Qırmızı-qaralar" isə beynəlxalq arenada mübarizəni təmin etmiş olsa da, mükafatçılar sırasına düşməyə çalışır. Bunun üçün son turda Yuri Syomin və komandası qələbə qazanaraq, "Neftçi"nin məğlubiyyətinə ümid etməlidi.

Topaz Premyer Liqası
35-ci tur

SUMQAYIT - QARABAĞ - 1:0
Qol: Məhəmməd Qurbanov, 49.
Sarı vərəqələr: Məhəmməd Qurbanov, 37 (simulyasiya) - Təmkin Xəlilzadə, 29 (bilərəkdən əl ilə oyun).
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
12 may 2014. Saat 18:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1350 tamaşaçı.

Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k) (18. Aleksandr Çertoqanov, 61), 7. Pərdis Fərcad-Azad, 9. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov (2. Şəhriyar Xəlilov, 81), 15. Nodar Məmmədov, 21. Məhəmməd Mirzəbəyov, 88. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə,  99. Rəhman Hacıyev
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 5. Kamil Hüseynov, 8. Aqşin Muxtaroğlu, 17. Adil İbrahimov, 77. Ramil Mansurov.
Baş məşqçi: Aqil Məmmədov.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (22. Toğrul Bilallı, 62), 7. Namiq Yusifov, 10. Muarem Muarem (14. Rəşad Sadıqov, 62), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 21. Tural Rzayev (23. Tural İsgəndərov, 67), 33. Təmkin Xəlilzadə, 55. Bədavi Hüseynov, 99. Nikolas Gelaşvili.
Ehtiyat oyunçular: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.

İNTER - QƏBƏLƏ - 0:0
Sarı vərəqələr: Derlis Meza Kolli, 73 (qeyri-idman hərəkəti); Coşqun Diniyev, 90+1 (qeyri-idman hərəkəti) - Elnur Allahverdiyev, 30 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Munis Abdullayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
12 may 2014. Saat 18:00. “Şəfa” stadionu. 1000 tamaşaçı.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 9. Aleksandr İaşvili (8. Mikel Alvaro, 61), 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (27. Dieqo Madriqal, 83), 33. Matiya Spiçiç, 70. Vaqif Cavadov (k) (11. Asif Məmmədov, 69), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qəbələ: 1. Kamran Ağayev (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 88), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (22. Lourival Assis, 61), 34. Ürfan Abbasov, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos, 46. Davronjon Erqaşev (42. Leonardo da Silva, 46).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Vladimir Levin, 16. Ruslan Tağızadə, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Yuri Syomin.

BAKI - AZAL - 1:0
Qol: Aleksandar Soliç, 72.
Sarı vərəqələr:  Georgios Pelagios, 80 (qeyri-idman hərəkəti) - Nedo Turkoviç, 26 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 81 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
12 may 2014. Saat 18:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.

Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 10. Aleksandar Soliç (15. Alberto Noquera, 83), 19. Marius Pena (20. Tural Qürbətov, 67), 21. Elvin Məmmədov (8. Cavid Hüseynov, 88), 22. Namiq Ələsgərov, 23. Lukas Mario Horvat, 24. Georgios Pelagios, 27. Eltun Hüseynov, 31. Vüqar Mustafayev, 34. Şəhriyar Əliyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 2. Deyvidas Çesnauski, 6. Vadim Abdullayev, 16. Xavyer Junior.
Baş məşqçi: Milinko Pantiç.
AZAL: 1. Ruslan Məcidov (16. Elçin Sadıqov, 75), 3. Aleksandr Şemonayev (19. Orxan Səfiyaroğlu, 82), 6. Aydın Qasımov, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi, 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 27. Rəşad Abdullayev (k), 31. Şəhriyar Rəhimov, 89. Nedo Turkoviç (8. Qərib İbrahimov, 65).
Ehtiyat oyunçular: 2. Xuan Fransisko, 4. Xose Junior Aylton, 14. Habil Nurəhmədov, 22. Axtam Xamraqulov.
Baş məşqçi: Tərlan Əhmədov.

NEFTÇİ - RƏVAN - 2:1
Qollar: Bruno Bertuççi, 45, Mahir Şükürov, 88 - Mişel Balokoq, 8.
Sarı vərəqələr: Ernest Nfor, 42 (qeyri-idman hərəkəti); Bruno Bertuççi, 83 (qeyri-idman hərəkəti); Rəşad Sadiqov, 90+2 (qeyri-idman hərəkəti) - Novruz Məmmədov, 6 (qeyri-idman hərəkəti); Xuan Manuel Varea, 44 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
12 may 2014. Saat 18:00. İsmət Qayıbov adına Bakıxanov qəsəbə şəhər stadionu. 1000 tamaşaçı.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 6. Rəşad Sadiqov, 9. Flavinyo (19. Mirhüseyn Seyidov, 46), 15. Erik Ramos (10. Cavid İmamverdiyev, 70), 16. Bruno Bertuççi, 21. Samir Məsimov (3. Denis Silva, 89), 22. Mahir Şükürov (k), 23. Ruslan Qurbanov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Rəvan: 85. Kamal Bayramov, 4. Mitya Moreç, 14. Xuan Manuel Varea (11. Kamil Nurəhmədov, 52), 16. Orxan Lalayev (6. Ceyhun Cavadov, 29), 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev (17. Ramazan Abbasov, 79), 28. Boyan Markoviç, 30. Cəmşid Məhərrəmov, 40. Mişel Balokoq, 41. Kamil Kopunek.
Ehtiyat oyunçular: 1. Lukas Sapela, 3. Məmməd Quliyev, 10. Tyaqo de Souza, 20. Miloş Adamoviç.
Baş məşqçi: Güvenc Kurtar

SİMURQ - XƏZƏR LƏNKƏRAN - 2:2
Qollar: Draqan Çeran, 37; 90+1-pen. - Elias Ribeyro, 3-pen.; Zohair Benuahi, 8.
Sarı vərəqələr: Ruslan Poladov, 2 (qeyri-idman hərəkəti); Stepan Polyak, 41 (qeyri-idman hərəkəti); Patrik Osiako, 90+5 (qeyri-idman hərəkəti) - Etame Mbilla, 21 (hakimin qərarına etiraz); Elnur Abdullayev. 26 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 36 (perspektivli hücumun qarşısını aldığı üçün); Alvaro Silva, 49 (qeyri-idman hərəkəti); Zohair Benuahi, 66 (sistematik qayda pozuntusu); Orxan Sadıqlı, 73 (oyunun bərpasını gecikdirdiyi üçün); Rasim Ramaldanov, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.
12 may 2014. Saat 18:00. Zaqatala şəhər stadionu. 2000 tamaşaçı.

Simurq: 1. Pavel Kapsa, 7. Ruslan Poladov (k) (6. Taqim Novruzov, 65), 8. Patrik Osiako, 11. Draqan Çeran, 15. Stepan Polyak, 16. Məhərrəm Hüseynov, 20. İdan Vaytsman, 21. Murad Səttarlı, 22. Salif Ballo, 26. Benjamin Lambot, 77. Nicat Qurbanov (10. Rəşad Eyyubov, 34).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 17. Rüstəm Məmmədov, 30. Raul Kostin, 33. Arzuman Nəsibov, 62. Cavad Kazımov.
Baş məşqçi: Georgi Çixradze.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı (19. Vyekoslav Tomiç, 80), 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (2. Slavik Alxasov, 69), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 30. Elias Ribeyro (23. Nikola Qliqorov, 73).
Ehtiyat oyunçular: 8. Deyan Blajevski, 9. Orxan Əliyev, 12. Junior Nildo, 55. Ağabala Ramazanov.
Məşqçi: Oğuz Çetin.
 

1 Qarabağ 35 21 9 5 65 19 +46 72
2 İnter 35 19 7 9 57 36 +21 64
3 Neftçi 35 17 8 10 48 42 +6 59
4 Qəbələ 35 17 7 11 45 35 +10 58
5 Bakı 35 15 9 11 50 41 +9 54
6 XL 35 11 13 11 42 48 –6 46
7 Simurq 35 11 12 12 35 28 +7 45
8 AZAL 35 6 13 16 28 46 –18 31
9 Sumqayıt 35 5 10 20 26 58 –32 25
10 Rəvan 35 4 10 21 20 63 –43 22

Bombardirlər:
22
- Reynaldo (Qarabağ)
14 - Vaqif Cavadov (İnter)
12 - Draqan Çeran (Simurq)
11 - Daniel Subotiç (Qəbələ), Etame Mbilla (Xəzər L)
10 - Baçana Sxadadze (İnter)
9 - Leroy Corc (Qarabağ)
8 - Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.