12 may 2014 12:40
Qarabağın ÇL-də daha iki mümkün rəqibi məlum oldu
“Qarabağ”ın ÇL-in ikinci təsnifat mərhələsində rəqibi ola biləcək daha iki komanda müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ermənistan çempionluğunu “Banants”, Makedoniya çempionluğunu isə “Rabotniçki” qazanıb.
“Banants” ÇL-in birinci, “Rabotniçki” isə ikinci təsnifat mərhələsindən səpələnməmişlər səbətindən mübarizəyə başlayacaqlar.
Hazırda daha yeddi ölkə çempionunun adı müəyyənləşməlidir.
ÇL-in birinci və ikinci təsnifat mərhələlərinin püşkü iyunun 23-də atılacaq.
