12 may 2014 00:05

Premyer Liqada 35-ci tur həyacanı

Bu gün Topaz Premyer Liqasında 35-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, eyni saatda başlayacaq matçların 3-ü paytaxtda baş tutacaq.

“Sumqayıt” doğma zarkeşlər önündə “Qarabağ”ı sınağa çəkəcək. Bu qarşılaşma ötən tur çempionluğunu bayram edən Ağdam klubu üçün önəmli olmasa da, Aqil Məmmədovun komandası üçün böyük əhəmiyyət kəsb edir. Əgər Sumqayıt klubu doğma meydanda xal qazansa, sonuncu pillədən xilas ola bilər. Əks təqdirdə “Gənclik şəhəri” təmsilçisi mövsümü sonuncu pillədə başa vura bilər. “İnter”lə görüşdə çempionluğu təmin edən Qurban Qurbanovun yetirmələri isə sadəcə, məşq üçün meydana çıxacaq desək, yanılmarıq.

Zaqatalada baş tutacaq qarşılaşmada “Simurq” “Xəzər Lənkəran”ı qəbul edəcək. Bu matçı əhəmiyyətsiz oyunlar sırasına daxil etmək olar. Çünki hər iki komandanın nə çempionluq, nə də avrokubok iddiası qalıb. Komandaların tək mübarizəsi təsəlliverici pillədə qərarlaşmaqdı. Əgər meydan sahibləri 3 xal qazansa, cənubluları 1 pillə qabaqlayacaq. Əks təqdirdə komandalar yerləşdiyi mövqelərdə də qalacaq.

Daha bir əhəmiyyətsiz görüşdə “Bakı” ilə AZAL üz-üzə gələcək. Bu oyunda da heç bir komandanın iddiası qalmayıb. “Təyyarəçilər” son 2 oyunda bacardığı qədər xal toplamağa çalışacaqsa, “Bakı” sadəcə, baş aldatmaq üçün top qovacaq. Milinko Pantiçin yetirmələrinin avrokubok şansları olsa da, AFFA-nın Lisenziyalaşdırma Komissiyasının komandaya lisenziya verməməsi, onları ən azı gələn mövsümü gözləməyi məcbur edib. Beləliklə, bu qarşılaşmada da azarkeşlər sönük bir oyunun şahidi olacaq.

“Neftçi” – “Rəvan” qarşılaşmasını isə maraqlı oyunlar siyahısına daxil etmək olar. Buna səbəb iki tərəfin də müəyyən maraqlarının olmasıdı. Güvənç Kurtarın komandası xal qazanacağı təqdirdə sonuncu pillədə yerləşən “Sumqayıt”la aradakı fərqi artıracaq. “Neftçi” isə mükafatçılar siyahısına düşmək üçün çalışacaq. Əgər Böyükağa Hacıyevin yetirmələri bu görüşdən qalib ayrılsa, “İnter” – “Qəbələ” oyununun nəticəsindən asılı olaraq, 3-cü pilləyə yüksələ bilər.

İkinci pillədə məskunlaşan “İnter” avrokuboklara getmək üçün yerini möhkəmləndirib. “Bankirlər” üçün bu görüş sadəcə, xal hesabını artırmaq məqsədi daşıyır. Paytaxtda baş tutan qarşılaşma “Qəbələ” üçün daha önəmlidi. Çünki əyalət klubu bu oyunda qələbə qazansa, 3-cü pillədəki yerini qoruyacaq. Çempionluq iddiası olmayan “Qəbələ” də avrokuboklara vəsiqəni təmin edib.

Topaz Premyer Liqası
35-ci tur

12 may

18:00. Simurq – Xəzər Lənkəran
Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Zaqatala. Zaqatala şəhər stadionu.

18:00. Neftçi – Rəvan
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

18:00. Bakı – AZAL
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Alik Yunusov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

18:00. İnter – Qəbələ
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Munis Abdullayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “Şəfa” stadionu.

18:00. Sumqayıt – Qarabağ
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Akif Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança.
 

1 Qarabağ 34 21 9 4 65 18 +47 72
2 İnter 34 19 6 9 57 36 +21 63
3 Qəbələ 34 17 6 11 45 35 +10 57
4 Neftçi 34 16 8 10 46 41 +5 56
5 Bakı 34 14 9 11 49 41 +8 51
6 XL 34 11 12 11 40 46 –6 45
7 Simurq 34 11 11 12 33 26 +7 44
8 AZAL 34 6 13 15 28 45 –17 31
9 Rəvan 34 4 10 20 19 61 –42 22
10 Sumqayıt 34 4 10 20 25 58 –33 22

Bombardirlər:
22
- Reynaldo (Qarabağ)
14 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ), Etame Mbilla (Xəzər L)
10 - Draqan Çeran (Simurq), Baçana Sxadadze (İnter)
9 - Leroy Corc (Qarabağ)
8 - Əfran İsmayılov (Bakı), Rauf Əliyev (Bakı), Çumbinyo (Qarabağ), Con Oluremi (AZAL).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.