12 may 2014 12:00
Dənizli Zaqatalaya getməyib, belə ki, yeni mövsümə planlar qurur
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli komandasının TPL-in 35-ci turunda “Simurq”a qarşı səfər oyunu keçirəcəyi Zaqatalaya getməyib. Azerisport.az xəbər verir ki, Dənizli turun “İnter” və “Qəbələ” arasında keçiriləcək oyununu izləyəcək.
Təcrübəli mütəxəssis bu addımını növbəti mövsümə qurulan planlarının bir hissəsi olması ilə izah edib.
