12 may 2014 11:48
34-cü turun rəmzi komandası açıqlandı, Reynaldo turun qəhrəmanı oldu
Topaz Premyer Liqasında 34-cü turun ən yaxşı 11-liyi açıqlanıb. “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, ötən turun rəmzi yığmasına aşağıdakı futbolçular daxildir:
Qapıçı: Səlahət Ağayev (İnter);
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Rəşad Sadıqov (Qarabağ), Bədavi Hüseynov (Qarabağ), Maksim Medvedev (Qarabağ);
Yarımmüdafiəçilər: Reynaldo Silva (Qarabağ), Derlis Meza Kolli (İnter), Marinaldo da Silva (Qarabağ), Sadio Tounkara (Xəzər Lənkəran);
Hücumçular: Etame Mbilla (Xəzər Lənkəran), Baçana Sxadadze (İnter).
Turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo Silvadır.
(PFL)
