Gəncədən MY üçün 9 uşaq seçildi
İngiltərənin "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbində iştirak edə bilmək üçün Bakıda və respublikanın bir neçə bölgəsində seçim turları təşkil olunur. Azerisport.az xəbər verir ki, Gəncə şəhərində təşkil olunmuş seçim turunda seçilmiş uşaqların siyahısı aşağıdakı kimidi:
Abbasov Əli Elçin oğlu
Çopurov İman Təhməz oğlu
Fərəci Nihad Azad oğlu
Qəhrəmanov Ələddin Mahmud oğlu
Məmmədov Orxan Fikrət oğlu
Məmmədov Zərrər Rəsul oğlu
Kərimov Sənan Elşad oğlu
Qəribov Vasif Vaqif oğlu
Səmədov Ümid İlham oğlu
AFFA-nın Elit Məşq layihəsində fəaliyyət göstərən məşqçilərin və Topaz Premyer Liqası klublarına AFFA tərəfindən təyin olunmuş idman direktorlarının iştirakı ilə keçiriləcək seçimlərə 2002-2006-cı il təvəllüdlü 8 yaşından 12 yaşınadək oğlan və qız uşaqları qatıla bilərlər. Uşaqların daha çox texniki xüsusiyyətlərinə diqqət yetiriləcək. Ödənişsiz əsaslarla keçiriləcək seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.
Seçimləri müvəffəqiyyətlə keçən 32 uşaq "Mançester Yunayted" klubunun Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə iyunun 2-dən 6-dək olan müddətdə "Bakı" FK-nın Təlim-Məşq Bazasında təşkil olunacaq məşqlərdə iştirak edəcək, onların arasından seçiləcək 5 uşaq isə Mançester şəhərinə 4 günlük səfərə yollanacaq.
