12 may 2014 22:15
David Qarsiya: AZAL-la oyun boyu üstün tərəf idik
"Bakı"nın məşqçisi David Qarsiya Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Əsas hədəfimiz qələbə qazanmaq idi. Çoxlu qol imkanları yaratdıq. Oyun boyu üstün tərəf idik və yekunda qələbə qazandıq. Gənc futbolçulara özünü göstərmək şansı verdik. Oyunu 5 gənc futbolçu ilə yekunlaşdırdıq. Bir neçə heç-heçədən sonra “Qəbələ” ilə oyunda məğlub olmuşduq. Bu gün isə toparlanıb AZAL-ı məğlub edə bildik. Qarşıda son turun oyunu var, bütün fikrimizi bu oyuna yönəldəcəyik”.
