Tərlan Əhmədov: 6 hakim bunu görmürsə...
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Üç məğlubiyyət və dörd heç-heçədən sonra bugünkü oyunda qələbə qazanmaq istəyirdik. Oyunun əvvəlində komandada həyacan hiss olunurdu, lakin tədricən öz oyunumuzu tutduq. Hücumda istədiyimiz oyunu göstərə bilmədik. Kərim Diniyevin olmaması yarımmüdafiədə bizə müəyyən problemlər yaratdı. Lakin onu əvəz edən Aydın Qasımov oyunu ilə xoş təəssürat bağışladı. Sevindirici haldı ki, komandamızda bu cür gənc futbolçular yetişir. Komanda sona kimi mübarizə apardı. Heç-heçəni oyuna görə ədalətli nəticə sayıram. Bizdə hərdən feyr-pley qaydaları işləmir, bunu normal qarşılayıram. Meydandakı oyuna müdaxilə etməyə ixtiyarımız yoxdu, meydanda hakim var. Hər halda qol epizodunda əl ilə oyun var idi. Cərimə meydançasında rəqib əl ilə oynayırsa və 6 hakim bunu görmürsə, o qədər hakimin orada olmasının nə mənası var? 4 hakim də bəs edərdi”.
