12 may 2014 21:35
Georgi Çixradze: Qalib də gələ bilərdik
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çox maraqlı oyun oldu. Heyətlə bağlı çatışmazlıqlarımız var idi. Son turdan sonra dörd müdafiəçimizin xidmətindən məhrum olmuşduq. Bütün müdafiə xəttini dəyişməli olduq. Oyuna bərbad başladıq. İki top buraxdıq və özümüzü pis vəziyyətə saldıq. Lakin futbolçular özünəinamı itirmədilər, həvəsdən düşmədilər, sona kimi mübarizə apardılar. Buna görə komandama təşəkkür edirəm. Fikrimcə, bu oyunda qalib də gələ bilərdik”.
