12 may 2014 21:00
Yuri Syomin: Hücumlarımız alınmadı
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rusiyalı çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Hava çox isti idi. Oyunda yüksək sürət yox idi. Müdafiədə inamlı oynadıq, lakin hücumda qol imkanları yaratmağa çətinlik çəkirdik. Əvəzetmələr də hücumun kəsərini artırmağı nəzərdə tuturdu. Təəssüf ki, hücumlarımız alınmadı. Elnur Allahverdiyevin sarı vərəqə almasında problem görmürəm. Əksinə, ona qarşı qayda pozuntusuna yol verildiyini düşünürəm”.
