Qurban Qurbanov: Çempion komandanı oyuna kökləmək çətindi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 35-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Heyətdə müəyyən dəyişiklilər etsək də, oyuna ciddi hazırlaşmışdıq. “Sumqayıt” ilk hissədə daha yaxşı təsir bağışladı, qol vurmaq şansları daha çox idi. Fasilədən sonra biz daha yaxşı oynasaq da, qapımızda qol gördük. Çempion olandan sonra komandanı oyuna kökləmək çətindi. Bu oyunu təhlil edib, futbolçulara iradımızı çatdıracağıq. Yanvar ayından “Sumqayıt” baxımlı oyun göstərir. Komanda sürətli əks-hücumlar qurmağı bacarır. Onlara gələcəkdə uğurlar arzulayıram”.
