12 may 2014 20:50
Pantiç mətbuat konfransına gəlmədi
“Bakı”nın baş məşqçisi Milinko Pantiç TPL-in 35-ci turu çərçivəsində komandasının ALAZ-a qarşı keçirdiyi oyundan (1:0) sonra keçirilmiş mətbuat konfransına gəlməyib. Azerisport.az xəbər verir ki, buna səbəb serb mütəxəssisin oyundan sonra təzyiqinin qalxması olub.
