12 may 2014 17:40
Beşiktaş Gökdəmirin komandasını məğlub etdi
Futbol üzrə Türkiyə Superliqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Əli Gökdəmirin komandası "Elazığspor" doğma meydanda “Beşiktaşı”ı qəbul edib və 0:1 hesabı ilə məğlub olub.
Gökdəmir zədə səbəbi ilə bu oyunda iştirak etməyib.
Hazırda “Elazığspor” 34 xalla yarış cədvəlində 16-cı sırada qərarlaşıb.
