12 may 2014 16:55
Kamran Quliyev: Unutmayın ki, son turda biz köklənmiş Qəbələyə qarşı oynayacağıq
“Sumqayıt” FK-nın prezidenti Kamran Quliyev komandanın TPL-in 35-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyun ərəfəsində azerisport.az saytının müxbiri ilə söhbətləşib:
“Elə klublar var ki, hər hansı oyunlar ərəfəsində çox fəal media həyatı yaşayırlar. “Sumqayıt” bu mənada, mötədil klubdur. Bizim tərəfimizdən siyasi fəallıq yoxdur. Biz yalnız “Qarabağ”a qarşı keçirəcəyimiz növbəti oyun haqda düşünürük. Ola bilər ki, “Rəvan” bu turda köklənmiş “Nefçti”, biz isə köklənməmiş “Qarabağ”a qarşı oynayırıq. Ancaq son turda hər şey əksinə olacaq. Bizi həddindən daha da köklənmiş “Qəbələ”, “Rəvan”ı isə “Bakı” ilə oyun gözləyir.
