12 may 2014 15:33
Dadaşovsuz Kayzerslautern qalib gəldi
Almaniyada Cənub regional liqasının 32-ci turu çərçivəsində növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun klubu “Kayzerslautern”in ikinci komandası öz meydanında “Ayntraxt” klubunun ikinci komandasını qəbul edib və 4:2 hesabı ilə qalib gəlib.
Dadaşov bu oyunda iştirak etməyib.
Yarışın sonuna iki tur qalmış Dadaşovun komandası 60 xalla yarış cədvəlinin üçüncü pilləsində qərarlaşıb və liderlərdən bir xal geri qalır.
