12 may 2014 14:55
Eratın komandası mövsümü qələbə ilə başa vurdu
Almaniya İkinci Bundesliqasında 34-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sı doğma meydanda “Kayzerslautern”i qəbul edib və yarış cədvəli baxımından hər iki komanda üçün əhəmiyyət kəsb etməyən oyunda 4:2 hesabı ilə qalib gəlib.
Erat zədəli olduğu üçün oyunu buraxmalı olub.
Mövsümün yekununa əsasən, “Fortuna” 50 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Fortuna”nı Bundesliqaya çıxış üçün pley-off oyunları imkanı verən 3-cü pillədən 10 xal ayırır.
