12 may 2014 14:44
Sumqayıt Qarabağ üçün fəxri dəhliz quracaq
“Sumqayıt” FK TPL-in 35-ci turu çərçivəsində bu gün qarşılaşacağı cari mövsümün çempionu “Qarabağ”a qarşı oyundan əvvəl, rəqibin salamlanması zamanı Ağdam təmsilçinin ölkə çempionluğunu qazanması münasibətilə “fəxri dəhliz” quracağı haqda məlumatı təsdiqləyib. Azerisport.az xəbər verir ki, “Sumqayıt” futbolçuları tribunaların altından meydana çıxan dəhliz qarşısında “fəxri dəhliz” quraraq, “Qarabağ”ın futbolçularını çempionluq münasibətilə alqışlayaraq, təbriklərini bildirəcəklər.
