12 may 2014 14:00
İsrafilov qol vuraraq, Mursiyaya La Liqa yolunda kömək etdi
Futbol üzrə İspaniya Sequnda Liqasında 38-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Real Mursiya" doğma meydanda "Mirandes"lə qarşılaşıb.
Oyun 5:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Eddi start heyətdə meydana çıxıb, 90 dəqiqə mübarizə aparıb və komandasının üçüncü qolunu vurub.
Yarışın sonuna iki tur qalmış “Real Mursiya” 58 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Bu pillə La Liqaya çıxmaq üçün pley-off oyunları keçirməyə imkan verir.
Qeyd edək ki, La Liqaya birbaşa çıxış imkanı verən ikinci pillədən “Real Mursiya” 5 xal geri qalır.
