12 may 2014 13:48

Əsgər Abdullayev: Premyer Liqada Arazın baş məşqçisi mən olmasam...

"Araz-Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayev azerisport.az saytına müsahibəsində birinci diviziondakı mübarizədən, yeni mövsümün hədəflərindən və komandada qalıb-qalmayacağından danışıb:

- İlk olaraq, komandanın 1-ci dəstənin qalibi olması münasibəti ilə sizi təbrik edirik...
- "Araz"ın çempion olması bütün azarkeşləri sevindirdi. Naxçıvan futbol həvəskarlarını təbrik edirəm. Layiqli mübarizə apararaq birincilik qazandıq. Gələcəkdə də layiqli mübarizə aparmağımızı arzu edirəm. Fikrimcə, əsl mübarizə bundan sonra başlayacaq. Komandada müəyyən dəyişikliklərdən sonra yeni mövsüm haqda planlar qurmaq mümkün olacaq.

- "Araz Naxçıvan" Premyer Liqada hansı hədəflər uğrunda mübarizə aparacaq?
- Liderliyi təmin etsək də, çempionat başa çatmayıb. Yalnız son oyundan sonra bu barədə müzakirələrimiz olacaq. Həm mövsümü təhlil edəcəyik, həm də yeni mövsüm üçün planlar qurulacaq. Rəhbərliklə görüşdə bizdən nə tələb olunduğunu öyrənəcəyik. Aydın məsələdir ki, Premyer Liqada çox fərqlidir. Orada mübarizə aparmağa hazır olmalıyıq.

- Sizcə, komanda autsayder olacaq yoxsa?
- Mən "Araz"ı çempionatda sürünən komandalar kimi görmək istəməzdim. Əminəm ki, rəhbərlik də belə düşünür. Ona görə bu komanda Premyer Liqada itib-batmayacaq. Layiqli mübarizə apararaq, hamıya başağrısı olmağa çalışacağıq. Sadəcə, komandada bəzi dəyişiliklərə ehtiyac olacaq.

- Heyətdəki futbolçuların hamısı göndəriləcək?
- Müqaviləsi başa çatan futbolçularla vidalaşacağıq. Heyətə daha güclü futbolçular dəvət olunacaq. Premyer Liqada mübarizə daha güclüdür. Karyeramda ilk dəfə birinci divizionda çalışıram. Müqayisə etmək çətindir. Bununla belə, Premyer Liqada rəqabət daha güclüdür. İşimizi indidən ehtiyatlı tutmalıyıq. Komandaya yeni oyunçular cəlb olunmalıdır.

- Yəqin legionerlərə də nəzər salacaqsınız?
- Heyətin 50%-i dəyişəcək. Biz ad arxasınca qaçmayacağıq. Düzgün seçim etməyə çalışmalıyıq. Legionerlər heç olmasa 1-2 dəfə yerli futbolçudan güclü olmalıdır. Lider olmağa can atmalıdır. Ad xatirinə legioner dəvət olunmayacaq. Səviyyəli legionerlərlə Premyer Liqada oynamaq mümkündür. Əlbəttə, heyətdə olan perspektivli azərbaycanlı futbolçular da komandada qalacaq.

- Bəlkə Naxçıvana ulduz futbolçu dəvət edəsiniz...
- Ən yaxşı yerli futbolçuların klublarla müqaviləsi var. Ona görə xarici bazara diqqət ediləcək. Amma ulduz futbolçuya ehtiyac yoxdur. Komandada işimi davam etdirsəm, prioritet başqa olacaq. Bizə Naxçıvana gələrək, burada ulduz olmaq istəyən futbolçu lazımdır. Hazır ulduz futbolçu istədiyimizi verməyəcək. Qoy bizim komandada ulduz olsun.

- Əgər rəhbərlik sizinlə yoluna davam etməsə, reaksiyanız necə olacaq?
- Müqaviləm mayın sonunda başa çatır. Əgər mənə etimad göstərməsələr, heç kimdən inciməyəcəyəm. Bu qərar məni qorxutmur. Daimi iş yeri olmur. Heç düşünmürəm ki, rəhbərlik hansı qərarı qəbul edə bilər. Onların qərarından sonra yeni mövsüm barədə planlarımızı açıqlayacağıq. Əsas komandanın uğur qazanmasıdır. Naxçıvanda futbolun olması sevindiricidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.