12 may 2014 13:44
Reynaldo, Çumbinyo və Almeyda istirahətə yollandılar
Azərbaycan çempionluğunu rəsmiləşdirən "Qarabağ" əsas oyunçularına erkən istirahət verib. Azerisport.az xəbər verir ki, rəhbərliyin icazəsi ilə Rİçard Almeyda, Çumbinyo və Reynaldo vətəninə yollanıblar.
Legionerlər iyunun əvvəllərində klubun düşərgəsinə qayıdacaq. Buna görə də "Sumqayıt" və "Xəzər Lənkəran"la oyunlarda Ağdam təmsilçisi əsas futbolçuları olmadan mübarizə aparacaq.
