12 may 2014 13:33
C kateqoriyalı məşqçi kursu keçiriləcək
2014-cü il iyunun 05-dən 09-dək (1-ci mərhələ) və 21-dən 25-dək (2-ci mərhələ) Bakı şəhərində AFFA tərəfindən C kateqoriyalı məşqçi kursu keçiriləcək. Azerisport.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. Sağlamlıq haqqında arayış;
4. 2 ədəd şəkil (3x4);
5. Tərcümeyi-hal.
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. Sağlamlıq haqqında arayış;
4. 2 ədəd şəkil (3x4);
5. Tərcümeyi-hal.
Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: [email protected]
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: [email protected]
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar. Sənədlər mayın 30-dək qəbul olunur.
Sənədləri qaydasında olan hər bir namizəd məşqçi kursunun başlanmasına bir neçə gün qalmış AFFA-ya dəvət olunacaq və təlimatçılar tərəfindən görüş keçiriləcək. Namizədlərə kursda iştirak edib-etməyəcəyi barədə məlumat veriləcək.
(AFFA)
