12 may 2014 13:22
İlk oyun canlı yayımlanacaq
Mayın 14-də Bakı şəhərində 18 yaşadək qızlardan ibarət yığma komandaların iştirakı ilə UEFA-nın inkişaf mini-turniri start götürəcək. Azerisport.az xəbər verir ki, mini-turnirin Azərbaycan və İsrail yığma komandaları arasında keçiriləcək ilk oyunu İdman Azərbaycan televiziya kanalında və www.affatv.az saytında canlı yayımlanacaq.
Bayıl stadionunda keçiriləcək qarşılaşma 14:00-da başlayacaq.
(AFFA)
