11 may 2014 12:22
Brüs Abdulaye: Qəbələ 1:4 hesabının təsadüfü olduğunu sübut etməyə çalışacaq
“İnter”in müdafiəçisi Brüs Abdulaye azerisport.az saytına müsahibəsində TPL-in 35-ci turu çərçivəsində komandasının “Qəbələ”yə qarşı keçirəcəyi oyun və ötən tur “Qarabağ”a 1:4 hesablı məğlubiyyət haqda danışıb:
- Artıq sabah sizi “Qəbələ”yə qarşı oyun gözləyir...
- Bu bizim üçün vacib oyundur. Axı qalib gəlsək, Premyer Liqada ikinci yeri özümüzə təmin etmiş olacağıq. Xüsusən də, “Qarabağ”a qarşı son oyundan sonra biz qələbə qazanmaq istəyirik.

- “Qarabağ”a məğlubiyyət sizə necə təsir etdi?
- Bundan bir qədər kədərləndik. İlk hissəni görsəydiniz... Biz yaxşı oynayırdıq. Ancaq ikinci hissədə səhvlər edərək, yekunda müsbət nəticəni əldən verdik. Bu mövsümdə onlar bizi hər dörd oyunda məğlub ediblər və qətiyyətlə demək olar ki, “Qarabağ” Premyer Liqanın cari mövsümündə ən yaxşı idi.

- Düşünmürsünüz ki, qarşıdakı rəqibinizi “Neftçi” ilə ölkə Kubokunun finalı daha çox düşündürəcək və “İnter”ə qarşı oyun onlar üçün elə də vacib deyil?
- Yox, yox, yox. Son dəfə biz onların meydanında 4:1 hesablı qələbə qazanmışıq. Beləliklə, düşünürəm ki, onlar bu nəticənin təsadüfü olduğunu sübut etməyə çalışacaqlar. Ancaq bunun üçün onlar qalib gəlməlidirlər.

- “İnter” mövsümü çox pis başlayaraq, yarış cədvəlinin “zirzəmisində” yer almışdı. Ancaq indi, siz gümüş uğrunda yarışırsınız. Ötən turda isə çempionuq şansınız vardı. Belə olacağını gözləyirdiniz?
- Mövsümün əvvəlində biz əsas heyətin bir sıra futbolçularını itirdik: İbrahima Niasse, Nizami Hacıyev, Vladimir Levin, İliya Kandelaki. Bu səbəbdən belə bir start təəccüb doğurmamalıdır. Mən əsas heyətinin yarısından məhrum olmuş və dərhal əla nəticə göstərməyə başlayan elə bir komanda tanımıram. Çümpionluq şansına gəlincə, “Qarabağ”la oyun ərəfəsində bu şans, çox cüzi idi. Ancaq buna rəğmən həmin oyunda qalib gəlmək istəyirdik.

- Bəs gələcək karyeranıza gəlincə? Başqa klublardan təklif var?
- Qoy bu, sirr olaraq qalsın. Öz gələcəyim barədə klubla hələlik danışmamışam. Mən “İnter”də xoşbəxtəm. Heç kim deyə bilməz ki, komandada pis işləmişəm. Hesab edirəm ki, yaxşı komanda və yaxşı məşqçi ilə birgə yaxşı da oynamışam.

- Hər şeyi mövsümün sonuna saxlamısınız?
- Növbəti oyundan sonra hər şeyi müzakirə edəcəyik. Əgər “İnter” danışıqlar aparmaq istəsə, mən hazıram.