11 may 2014 11:40
Əliyar Ağayev AÇ-nin açılış oyunun idarə edəcək
Referimiz Əliyar Ağayev futbol üzrə yeniyetmələrin (U-17) Avropa çempionatının final mərhələsinə ilk təyinatını alıb. AFFA hakimlər komitəsinin rəhbəri Xaqani Məmmədovun azerisport.az saytına verdiyi məlumata görə, Ağayev AÇ-nin İsveçrə və Portuqaliya arasında keçiriləcək açılış oyunu idarə edəcək.
Qeyd edək ki, AÇ-nin final mərhələsinin oyunları Maltada keçirilir.
Xatırladaq ki, AÇ-nin startı ərəfəsində UEFA-nın hakimlər komitəsinin təmsilçisinin rəhbərliyi altında hakimlər üçün seminar keçirilmiş və seminardan sonra mətbuat konfransı üçün iki hakim seçilmişdi. Mətbuat konfransında KİV təmsilçilərinin suallarını cavablayacaq hakimlərdən biri təmsilçimiz Əliyar Ağayev olacaq.
