11 may 2014 19:33
Qurban Qurbanov: Sumqayıta qarşı ikinci heyətlə oynamayacağıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına açıqlamasında komandasının TPL-in 35-ci turunda “Sumqayıt”a qarşı keçirəcəyi oyun haqda fikirlərini bildirib:
“Artıq çempionluğu təmin etməyimizə rəğmən, çempionatın “Sumqayıt” və “Xəzər Lənkəran”a qarşı keçirəcəyimiz oyunlarına ciddi yanaşacağıq. Qarşıdakı oyunda bir necə yerdəyişmə edəcəyik. Ancaq bu, o demək deyil ki, meydana ikinci heyətlə çıxacağıq. Qələbəyə oynayacağıq. Axı mövsüm hələ yekunlaşmayıb”.
