11 may 2014 14:00
Fortuna Erata ikiillik müqavilə təklif edəcək
Düsseldorf “Fortuna”sı bu yay klubla müqaviləsi başa çatacaq beş futbolçu ilə razılaşma müddətini artıracaq. Azerisport.az Almaniya KİV-nə istinadən xəbər verir ki, bu siyahıda millimizin yarımmüdafiəçisi Tuğrul Eratın adı var.
Futbolçularla müqavilənin iki il müddətinə nəzərdə tutulacağı ehtimal edilir. Bundan başqa, “Fortuna” altı futbolçu ilə yollarını ayıracaq.
