10 may 2014 12:21
Dənizli azərbaycanlı jurnalistlərlə görüşmək istəyir
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli yerli jurnalistlərlə görüşmək istəyir. Azerisport.az xəbər verir ki, buna səbəb, son vaxtlar türk mütəxəssisin ölkəmizdə gələcək işi ilə bağlı dərc edilmiş yazılardır.
Təcrübəli mütəxəssis KİV-i öz planları ilə tanış edəcək. Çox güman ki, görüş 13 və ya 14 may tarixlərindən birində baş tutacaq.
