10 may 2014 12:00
Hüseyn Məmmədov: Yuri Syomin Rusiyaya qayıtmaq barədə düşünmür
Futbol meneceri Hüseyn Məmmədov azerisport.az saytına müsahibəsində "Qəbələ"nin ilk dəfə avrokuboklara vəsiqə almasından, baş məşqçi Yuri Syominin gələcək karyerasından, Daniel Subotiçin müqaviləsinin artırılmasından danışıb:
- Cari mövsümü "Qəbələ" komandası üçün necə qiymətləndirirsiniz?
- İlk olaraq, "Qəbələ"nin oyununda dəyişiklik olduğunu deməliyəm. Komanda daha intizamlı təsir bağışlayır. Cari mövsüm ilk dəfə Avropa Liqasına vəsiqə qazandılar. Üstəlik, Azərbaycan Kubokunda finalda mübarizə aparacaqlar. Ən çətin görüşlərdə komanda yaxşı mübarizə sərgilədi. Liderlərlə açıq mübarizədən qaçmadı. Syominin işi göz qabağındadır. “Qəbələ” tarixinin ən yaxşı mövsümünü keçirir. Ona görə mövsümü uğurlu hesab etmək olar.
- Avrokuboklar ərəfəsində komandanın güclənməsinə ehtiyac var...
- Fikrimcə, heyət bir-iki futbolçu ilə güclənməlidir. Yarımmüdafiə və hücum xətti yaxşıdır. Müdafiədə problemlər var. Boşluğu doldurmaq lazımdır. Avrokuboklara qədər yeni transferlər həll olunsa, daha yaxşı olar. Komandanın Avropa Liqasında uğurlu çıxış etməsi vacibdir. Müdafiədən başqa digər xətlərdə problem hiss olunmur. “Qəbələ”də rəqabət var. Ona görə futbolçular matçlarda maksimum güc nümayiş etdirir. Lazımi transferlər olandan sonra komanda daha yaxşı oynayacaq.
- Avropa Liqasında “Qəbələ”dən nə gözləmək olar?
- Püşkdən asılı olacaq. Əksər amillərdə püşk çox şeyi həll edir. Unutmaq olmaz ki, komanda ilk dəfə Avropada təmsil olunacaq. Bununla belə layiqli çıxış edəcəyinə əminəm. Bir neçə mərhələ keçə bilər. Hər şey ilk oyundan sonra məlum olacaq. Yay hazırlığından sonra biz komandanın hansı səviyyədə olduğunu öyrənəcəyik.
- “Qəbələ”nin Azərbaycan Kubokunu qazanmaq şansları necədir? Hər halda rəqib güclü “Neftçi”dir...
- Şanslar bərabərdir. “Qəbələ” güclü komandalara qalib gələrək, finala vəsiqə qazandı. Yuri Syominin komandası kubokun ən yaxşı komandalarından biri oldu. Finalda futbolçuların ustalığı çox şeyi həll edəcək. Ona görə indidən proqnoz vermək olmaz. Hər iki komanda finala layiqdir. Kimin qalib gələcəyini mübarizə göstərəcək.
- Daniel Subotiçin müqaviləsi mayın sonunda başa çatacaq. Klub rəhbərliyi bu barədə nə düşünür?
- “Qəbələ” rəhbərliyi onun işindən razıdır. Subotiç yüksək texnika və əzmkar oyun göstərib. Ona görə Subotiçin “Qəbələ”də qalacağı gözlənilir. Artıq rəhbərlik ona yeni müqavilə təklif etməyə hazırlaşır. Futbolçu özü də komandada qalmaq arzusundadır. Yəqin, yaxınlarda yeni müqavilə imzalanacaq (Subotiçlə razılıq artıq əldə edilib - red.).
- Rusiya mətbuatı Yuri Syominin Vətənə qayıdacağını yazır. Hazırda rusiyalı mütəxəssisin Azərbaycan qalma perspektivi necədir?
- Syominlə bağlı mənə də bir neçə müraciət olub. Rusiyanın iki klubu onunla maraqlanır. Əlbəttə, bu məsələ müzakirə olunmayıb. “Qəbələ” ən yaxşı mövsümünü keçirdi. Deməli rəhbərlik də Syomindən razıdır. Yaxın günlərdə “Qəbələ” rəhbərliyinin məsələ ilə bağlı yekun qərarı məlum olacaq. Yuri Palıç Qəbələdə qalmaq istəyir. Hazırda Rusiyaya qayıtmaq barədə düşünmür. “Qəbələ”də başladığı işi davam etdirməlidir.
- Yuri Syominin “Qəbələ”də 1 ili Azərbaycan futboluna nə verdi?
- Syomin MDB məkanında tanınmış məşqçidir. Onun kimi məşhur insanın Azərbaycanda çalışması həm futbol, həm regionun inkişafı üçün əlamətdar hadisədir. Syominin “Qəbələ”də çalışması həm də digər tanınmış legionerlərin ölkəmizə gəlməsinə kömək edir. Syomin hər zaman yaradılan şəraitdən danışır. Hamı görür ki, Qəbələdə futbol üçün hər şərait var. Onun ölkəmizdə işləməsi Azərbaycan futbolunun Rusiyadan izlənilməsinə səbəb oldu.