10 may 2014 11:33
Qarabağın uğurunun meydandakı 5 memarı
Azerisport.az “Qarabağ”ın TPL-də keçirdiyi 34 oyun ərzində komandanın meydanda ən çox vaxt keçirmiş beş futbolçusunun oyun göstəricisinə qısa nəzər salır və oxucularına təqdim edir:
Maksim Medvedev. Millimizin müdafiəçisi çox etibarlı mövsüm keçirdi. Əgər əvvəllər qeyri-sabitliyi ilə seçilirdisə, Medvedev bu mövsümdə tam əksinə çıxış etdi: 34 oyundan 30-da iştirak edərək, 29 oyunda əsas heyətdə meydana çıxmış Maksim, ümumilikdə, meydanda 2572 dəqiqə keçirməklə iki qola imza atıb.
Reynaldo. “Qarabağ”ın çempionatda qələbəsinin baş memarıdır. Braziliyalı 31 oyun keçirib və 22 qol vurub. Bu, Azərbaycan çempionatı üçün qeyri-adi məhsuldarlıqdır. Artıq kifayət qədər çoxdandır ki, milli birinciliyin ən sərrast futbolçusu bu qədər qol vurmurdu. Reynaldo meydanda 2610 dəqiqə keçirib.
Bədavi Hüseynov. İlk baxışdan “Qarabağ”ın elə də diqqətçəkən futbolçusu olmasa da, əsas müdafiəçiyə çevrildi. Hüseynov özünü dayaq zonasında xüsusilə sakit hiss edir. O, adətən elə bu mövqedə peyda olur. Bədavi 31 oyun ərzində meydanda 2689 dəqiqə keçirib.
Ansi Aqoli. Komandanın oyununda vacib elementdir. 33 oyuna meydanda 2865 dəqiqə keçirmiş albaniyalı müdafiəçi cəmi üç sarı vərəqə alıb ki, bu da Aqolinin faydalı və müdafiədə çox düzgün oyunun göstəricisidir.
Çumbinyo. Qəribə də olsa, məhz bu braziliyalı meydanda hamıdan çox vaxt keçirib: 2960 dəqiqə. Düzdür, mövsümün sonuna qədər hələ çox şey dəyişə bilər. Ancaq hazırda bu göstəricidə məhz Çumbinyo liderdir. Bundan başqa, Çumbinyo 33 oyunda əsas heyətdə meydan çıxıb. Əgər mövsümün yekunlarına görə “ilin centlmeni” mükafatı verilsə, Çumbinyo heç şübhəsiz, bu mükafatı qazanacaq. Çempionat ərzində braziliyalı bir xəbərdarlıq belə, almayıb.